YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın 85 illik yubileyi qeyd edilib

Sentyabrın 20-də Bakı Dövlət Universitetində (BDU) görkəmli Azərbaycan alimi, BDU-nun ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə akademik Rəfiqə Əliyevanın yaradıcısı olduğu və rəhbərlik etdiyi ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının qarşısında alimin xatirə barelyefinin açılışı olub.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanımın pedaqoji xidmətlərindən danışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə görkəmli alim Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyətindən, respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, Rəfiqə Əliyeva Azərbaycan elmində özünəməxsus yeri olan alim idi. Onun rəhbərliyi altında çox önəmli elmi tədqiqat işləri aparılıb. Rəfiqə Əliyeva 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olan görkəmli alimin rəhbərliyi altında iyirmidən çox fəlsəfə və elmlər doktoru yetişib.

Təhsil naziri Mikayıl Cabbarov və digər çıxış edənlər akademik Rəfiqə Əliyevanın ölkəmizdə kimya elminin inkişafındakı xidmətlərindən bəhs ediblər.