YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı MDB məkanında turizm üçün cəlbedici olan ilk üç şəhər sırasındadır

“TurStat” analitik agentliyi 2017-ci ilin payızında səyahətlər üçün turistlər arasında populyar olan MDB şəhərlərini müəyyən edib. Azərbaycanın paytaxtı populyarlığına görə MDB məkanının ilk üç şəhəri sırasında yer alıb.

Bakı Minsk, Astana, Almatı, Daşkənd, Aşqabad, Kiyev kimi şəhərlərlə bərabər, bu ilin payızında turistlər arasında populyar olan ilk on şəhərdən biri sayılıb. Reytinq otellərdə turistlər üçün nömrələrin onlayn rejimdə sifariş edilməsi sisteminin məlumatlarının təhlilinin nəticələri əsasında tərtib edilib.

“TusStat”ın məlumatına görə, payızda turistlər Bakıya, orta hesabla, üç gün müddətinə gəlirlər və yaşamaq üçün gündə 78 dollar xərcləyirlər. MDB-nin ən ucuz şəhərləri Bişkek və Kişineu, ən bahalı şəhəri Astanadır.