YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi “Azerspace-1” peyk resurslarından istifadə olunaraq yayımlanıb

Türkiyənin 12-ci dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın avqustun 28-də keçirilmiş andiçmə mərasimi bu ölkənin TRT kanalı tərəfindən milli peykimiz “Azərspace -1” üzərindən yayımlanıb.

Ümumilikdə, “Azərkosmos” ASC-nin Türkiyə yayım bazarında göstərdiyi xidmətlər bir çox uğurlu layihələrin həyata keçməsinə yol açıb.
“Azərkosmos” ASC-dən bildirilib ki, Türkiyənin bir çox məşhur telekanallarında yayımlanan proqramlar “Azerspace-1” peykinin resurslarından istifadə edərək ekranlara gəlir. Peykin xidmətlərindən xüsusilə idman proqramlarının yayımında geniş istifadə olunur. LigTV kanalında nümayiş olunan futbol və basketbol oyunları, 2014-cü ildə keçirilmiş futbol üzrə Türkiyə kuboku, bu il avqustun 25-də baş tutmuş Fənərbaxça-Qalatasaray final maçı “Azərspace-1” peykinin tutumlarından istifadə olunmaqla yayımlanıb.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.