YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində ölkənin bütün bölgələrində olduğu kimi Beyləqan rayonunda da bir sıra mühüm işlər görüldüyü, Mərkəzi Rayon Xəstəxanasının, Mədəniyyət Sarayının, 3000 yerlik Mərkəzi Stadionun yenidən qurulduğu, Gənclər Mərkəzinin, Şahmat Məktəbinin, əlil və şəhid ailələri üçün yaşayış binasının və digər sosial yönümlü obyektlərin tikilərək istifadəyə verildiyi, yeni yollar çəkildiyi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyi, iritutumlu logistik mərkəzin və taxıl anbarlarının, istehsal və emal müəssisələrinin yaradıldığı, 11 mindən çox yeni iş yerinin açıldığı bildirilir.

Sərəncama əsasən, Beyləqan rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Beyləqan Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

 

DİGƏR Xəbərlər Arxiv