YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir

Bu gün Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Süheyl Amanın Azərbaycana səfəri başlayır.

Pakistanın Azərbaycandakı səfirliyindən verilən məlumatına görə, səfər çərçivəsində tərəflər Bakı və İslamabad arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Səfər zamanı iki ölkə arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi də aparılacaq.

Pakistanlı komandanın səfəri sentyabrın 22-dək davam edəcək.

DİGƏR Xəbərlər Arxiv