YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yeni yaşayış kompleksi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, HHQ-nin cəbhəboyu zonada yerləşən hərbi hissəsinin ərazisində yeni inşa edilmiş yaşayış kompleksinin açılışı olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar. Tanışlıq zamanı əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirilib.

Sonra müdafiə naziri hərbi hissənin silahlanmasındakı döyüş texnikasına baxış keçirib və komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.