YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi yekunlaşmaq üzrədir

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi uğurla davam etdirilir.
İnşaat işlərinə 30-a yaxın texnika, 350-dən çox işçi cəlb edilib. Bu mərhələdə 100 evin, 50 yerlik uşaq bağçasının, poçt, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılır. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.
Artıq bütün evlərdə hörgü, daxili və xarici suvaq işləri başa çatıb, dam örtükləri vurulub. İnşa olunacaq iki ədəd 200 kubmetrlik su anbarından biri hazırdır, həmçinin bir subartezian quyusu qazılıb.
Evlərin inşasında son tamamlama işləri aparılır. Uşaq bağçasında döşəmə, inzibati bina və poçt binasında dam örtüyü vurulur. Klub-icma mərkəzində daxili suvaq, malyar işləri görülür. Qəsəbədaxili elektrik, qaz və su xətlərinin çəkilişi, daha bir 200 kubmetrlik su anbarının tikintisi və əlavə bir subartezian quyusunun qazılması davam etdirilir. Yaxın günlərdə qəsəbədaxili küçələrdə asfalt işlərinə başlanılacaq. Qəsəbədə, həmçinin 1,75 hektarda yaşıllıq salınacaq. Tikinti işlərinin oktyabr ayının birinci yarısında başa çatdırılması nəzərdə tutulur.
Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcək.