YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şirvan şəhərində inşa edilən uşaq bağçası istifadəyə verilib

Sentyabrın 15-də Şirvan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihəsi çərçivəsində tikilən 100 yerlik uşaq bağçası istifadəyə verilib.

İkimərtəbəli bağça binası 20 otaqdan ibarətdir və burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Təhsil ocağında altı qrupun fəaliyyət göstərməsi nəzərdə tutulub və hər qrupun özünün məşğələ, oyun, kompüter, yataq otaqları və yeməkxanası var. Müasir tələblər əsasında inşa edilən bağça havalandırma sisteminə malikdir, yeni avadanlıq və inventarla təchiz edilib. Həyətdə abadlıq, yaşıllaşdırma işləri aparılıb.

Açılış mərasimində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov uşaq bağçası-körpələr evinin müəllimlərini, balacaları və valideynləri təbrik edib, Bilik günündə bağçanın yeni binasının açılmasının onlara böyük hədiyyə olduğunu söyləyib.

Valideyn və müəllimlər gələcəyimiz olan uşaqlara göstərdiyi böyük qayğıya görə dövlət başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

Sonda iştirakçılar bağçada yaradılan şəraitlə tanış olublar.