YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərhad Hacıyev: Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir

«Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir». Bu fikri Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.

F.Hacıyev bildirib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

«Dövlət gənclər siyasəti  gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.  Bu  siyasət müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib: Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı; İstedadlı gənclərə dövlət qayğısı; Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı; Gənclərin məşğulluğunun təmin edilməsi; Gənc ailələrə dövlət yardımı; Gənclər təşkilatlarına dövlət yardımı. Məhz bu təməl prinsiplər Azərbaycan gəncliyinin birbaşa inkişafına yönəlib»- deyə, F.Hacıyev qeyd edib.