YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində Ermənistan stendində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının yerləşdirilməsi cəhdinin qarşısı alınıb

“Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Ermənistan stendində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının yerləşdirilməsinə cəhd edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

Qeyd edək ki, sərginin təşkilatçısı ITE Group da Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlaşıqlı yanaşıb və lazımı dəstək göstərib.