YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Məmmədov: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi təkmilləşdirilir

«Azərbaycan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 2008-ci ildə qəbul edib. Konvensiyanın icrası istiqamətində müvafiq işlər görülür». Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.

N.Məmmədov bildirib ki, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin cari ilin aprelində Cenevrədə keçirilmiş 125-ci və 126-cı iclaslarında Azərbaycanın bu sahədə gördüyü işlər barədə ilkin məruzəsi məmnunluqla qarşılanıb. Onun sözlərinə görə, ölkəmizdə hazırlanan və həmin Konvensiyanın prinsiplərini özündə əks etdirən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi BMT-nin qeyd olunan Komitəsinə təqdim olunub.

«Komitə tərəfindən layihəyə müsbət rəy verilib. Hazırda layihə komitənin bir sıra kiçik tövsiyələri əsasında daha da təkmilləşdirilir. ƏƏSMN sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası ilə bağlı iş sahələrində olduğu kimi, bu işlərdə də UNİCEF-in Azərbaycan nümayəndəliyi fəal əməkdaşlıq edir»- deyə, nazir müavini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv