YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Poltava Şəhər Şurasının deputatları erməni kilsəsinin tikintisinə etiraz ediblər

Poltava Şəhər Şurasının deputatları şəhərin mərkəzində erməni kilsəsinin tikilməsinə etiraz ediblər.

“Urartu” cəmiyyəti Poltavanın mərkəzində Erməni Apostol Kilsəsi tikmək istəsə də, şəhər deputatları bunun əleyhinə çıxıblar.

Şəhər şurasının tikinti və arxitektura daimi komissiyasının iclasında deputatlar şəhərin mərkəzində Erməni Apostol Kilsəsinin tikintisi üçün torpağın ayrılmasına dair müraciətin əleyhinə səs veriblər. Onlar hesab edirlər ki, həmin ərazidə, yəni Sennoy və Puşkin küçələrinin kəsişməsində kifayət miqdarda dini məbədlər – pravoslav kilsəsi və məscid var.