YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Moskva konfransında Azərbaycan-Rusiya strateji əməkdaşlığının yüksək səviyyədə olduğu vurğulandı

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov  Rusiya paytaxtında keçirilən “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda konfransda hər iki ölkədə yaşayan icmaların rəhbərlərinin, siyasətçilərin və ekspertlərin iştirak etdiyini bildirib.

Komitə sədri deyib: “Tədbirin təşkilatçıları – tanınmış ictimai-siyasi xadimlər Aleksandr Dugin və Aleksandr Proxanov bir müddət əvvəl Azərbaycanda olublar. Bugünkü konfrans da məhz onların təşəbbüsü ilə keçirilib. Konfransda prezidentlər İlham Əliyevin və Vladimir Putinin Soçi görüşündən sonra münasibətlərimizin inkişafının yeni mərhələsindən bəhs olundu. Bir daha qeyd olundu ki, Azərbaycan və Rusiya strateji əməkdaşlığı yüksək səviyyədədir. Azərbaycanın Cənubi Qafqazda strateji vacib ölkə, Prezident İlham Əliyevin güclü lider olduğu vurğulandı”.

Ə.Hüseynlinin sözlərinə görə, konfransda çıxış edənlər belə bir ümumi rəy söylədilər ki, regionda heç bir siyasi, iqtisadi, mədəni layihənin həyata keçirilməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil. Rusiya kimi böyük dövlət Azərbaycanın suverenliyinə hörmətlə yanaşaraq onun nüfuzundan bəhrələnir. Ölkələrimiz arasında əməkdaşlıqda Ümumrusiya Azərbaycan Konqresinin rolu bir daha konfrans iştirakçılarının diqqətə çatdırıldı. Azərbaycan diasporu iki xalq arasında körpü rolunu oynayır. Rusiyanın da tanınmış xadimləri konqresin fəaliyyətinin bərpasını dəstəklədilər”, - deyə Milli Məclisin komitə sədri bildirib.