YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Sosial mənzillərin tikintisi ilə bağlı proqramın həyata keçirilməsi uğurlu sosial siyasətin təkib hissəsidir

«Sosial mənzillərin tikintisi ilə bağlı proqramın həyata keçirilməsi uğurlu sosial siyasətin təkib hissəsidir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bi ldirib ki, sosial mənzillərin inşası çox vacib məsələdir. Onun sözlərinə görə, belə mənzillərin tikintisi əhalinin mənzil təminatının yaxşılaşdırılmasının ən optimal üsullarından biridir.

«Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni gündəmə gətirməklə, müvafiq qurumlara öz tapşırıqlarını verməklə bir daha göstərdi ki, Azərbaycan hökumətinin daxili siyasətində sosial siyasət prioritet istiqamət kimi davam edir və bundan sonra da davam edəcək. Azərbaycanda mənzilə ehtiyacı olan insanlar çoxdur və bu insanların bir hissəsi ipoteka kreditləşməsi vasitəsilə mənzilə olan tələbatını ödəyirlər. Bununla yanaşı, sosial evlərin inşası iqtisadiyyatın bir çox sahələrində də inkişafa səbəb olacaq. Çünki Azərbaycanda tikinti materaillarının əksəriyyəti elə respublikada istehsal olunur. Sosial evlərin inşası tikinti mallarının istehsalı və satışı bazarını da canlandırır. Eyni zamanda, sosial mənzillərin tikintisi yeni iş yerlərinin açılması deməkdir»- deyə, komitə sədri vurğulayıb.