YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Gürcüstanın dini rəhbərləri regiondakı münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdırlar

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və bütün Gürcüstanın katolikos-patriarxı II İliya Dağlıq Qarabağ, Abxaziya və Sxinvali regionunda münaqişələrin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduqlarını bildiriblər. Bu barədə tərəflər Gürcüstan Patriarxlığında keçirdikləri görüşdə deyiblər. /Trend/

II İliya qeyd edib: "Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağdakı münaqişələr bizdə narahatlıq doğurur. Həmin münaqişələr regionumuzun inkişafına, xalqlarımızın dinc yaşamasına mane olur. Biz bu münaqişələrin sülh və ədalətli həll edilməsinin tərəfdarıyıq. Bu, xaqlarımıza daha da yaxınlaşmağa və sərbəst inkişaf etməyə imkan verəcək".

QMİ sədri isə deyib ki, son dövrlər erməni tərəfi Dağlıq Qarabağda yenə də ilhaqın yeni mərhələsinə başlayıb: "Bizim 1 milyondan çox insanımız doğma yurd-yuvalarına qayıda bilmir və Dağlıq Qarabağ münaqişəsini əlbəttə ki, sülh yolu ilə həll etmək lazımdır. Bundan sonra xalqlarımız daha da yaxınlaşacaq və sərbəst inkişaf edəcəklər".

Şeyxülislam A.Paşazadə Gürcüstana səfəri çərçivəsində ölkənin Prezidenti və Baş naziri ilə görüşəcək. QMİ sədrinin səfəri sabah başa çatacaq.

 

DİGƏR Xəbərlər Arxiv