YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: ABŞ-da müəyyən senatorların və konqresmenlərin erməni lobbisinin təsiri altında olduğu faktdır

«ABŞ-da müəyyən  senatorların və konqresmenlərin erməni lobbisinin təsiri altında olduğu faktdır». Bunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, erməni diasporu uzun illərdir ABŞ-ın həm siyasi, həm də iqtisadi həyatında geniş fəaliyyət göstərir. Onun sözlərinə görə, Kaliforniya ştatı senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi müraciət bundan qaynaqlanır.

«Bu gün erməni lobbisi ABŞ-ın siyasi həyatına təsiretmə imkanına malikdir. Hesab edirəm ki, bu fakt bizi Ermənistana qarşı apardığımız ədalətli mübarizədən çəkindirməli deyil»- deyə, F.Ağamalı qeyd edib.