YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı kimi fəaliyyətə başlaması münasibətilə Çankaya Köşkündə rəsmi mərasim keçirilib

Avqustun 28-də Prezident Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı kimi fəaliyyətə başlaması münasibətilə Çankaya Köşkündə rəsmi “Təhvil-təslim” mərasimi keçirilib.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin də iştirak etdiyi mərasimdə bir sıra ölkələrdən dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Anıt qəbiri ziyarət edərək, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarının önünə əklil qoyan Prezident Rəcəb Tayyib Ərdoğan “Xatirə kitabı”nı yazıb.

Türkiyənin 11-ci prezidenti Abdulla Gül və Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış ediblər.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən Abdulla Gülə Türkiyənin “Dövlət Şərəf Medalı” təqdim edilib.