YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində and içib

Türkiyənin 12-ci dövlət başçısı Rəcəb Tayyib Ərdoğana “Prezident vəsiqəsi” təqdim olunub.

Türkiyənin Ali Seçki Komissiyası tərəfindən hazırlanmış sənəd Türkiyə Böyük Millət Məclisində (TBMM) Rəcəb Tayyib Ərdoğana parlamentin sədri Cəmil Çiçək tərəfindən təqdim olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan TBMM-in deputatları qarşısında dövlət başçısı kimi and içib.

Bundan sonar Çankaya Köşkündə “Təhvil – təslim” mərasimi keçiriləcək.

Xarici qonaqların iştirakı ilə təşkil olunan bu mərasimdə ölkəmizi Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə təmsil edəcəkdir.