YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Azərbaycan dünyada güclü dövlət kimi tanınır

«Bu gün özünü dünyaya müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edən Azərbaycan həm də sosial dövlətdir». Bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayıova bildirib ki, sosial dövlətin bir funksiyası da vətəndaşların sosial hüquqlarının müdafiəsi ilə yanaşı, digər humanitar sahələrin inkişafına nail olmaq, cəmiyyətin harmonik inkişafını təmin etməkdir. Onun sözlərinə görə, bu baxımdan Azərbaycan bütün dünyaya nümunə olan siyasət yürüdür və uğurlar qazanır.

«Aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində vətəndaşların sosial rifah halı dəfələrlə yaxşılaşıb. Yoxsulluq göstəricisi 49 faizdən 5 faizə düşüb, üç mindən çox məktəb, altı yüzdən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib, 40-dan çox olimpiya idman kompleksi, sosial və mədəniyyət obyektləri inşa olunub. Turizmin inkişaf etdirilməsi məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilib, çoxlu sayda beşulduzlu hotellər də daxil olmaqla 300-dən çox mehmanxana tikilib. Bölgələrdə 6 hava limanı və Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminalı istifadəyə verilib. Bütün bunlar ölkəmizin inkişafının əyani göstəriciləridir»- deyə, deputat qeyd edib.