YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“ASAN viza” sistemi turizmin inkişafına müsbət təsir göstərir

Viza prosedurlarının sadələşdirilməsi istiqamətində “ASAN viza” sisteminin yaradılması turizmin inkişafına müsbət təsir göstərir.

Bu sözləri “ASAN viza” sisteminin, elektron vizanın turizmin inkişafına təsiri barədə danışarkən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov deyib. O bildirib ki, ümumi prosedurlar sadələşdirilir ki, turistlər rahat şəkildə ölkəyə səfər edə bilsinlər. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı müvafiq Fərmana əsasən viza prosedurlarının sadələşdirilməsi üçün “ASAN viza” sistemi yaradılıb. 2016-cı il dekabrın 16-da viza.gov.az portalının təqdimatı oldu. Yəni, əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycana gəlmək istədikləri təqdirdə bu portala daxil olaraq rahat şəkildə üç addımla (müraciət et, ödəniş et və yüklə) zəruri məlumatları doldurduqdan sonra onlayn şəkildə dövlət rüsumunu ödəyir və üç gün ərzində öz elektron ünvanlarında elektron viza əldə edirlər.

Bu il elektron vizaya müraciət edən turistlərin sayı barədə danışan Anar Hüseynov qeyd edib ki, yanvarın 10-dan artıq portal tam fəaliyyətə keçib. Bir müddət portal pilot layihə çərçivəsində fəaliyyət göstərirdi, sonra tam gücü ilə çalışmağa başladı. Bu qısa müddətdə, yəni, 2016-cı il dekabrın 16-dan bu günədək artıq 161 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza alıb. Bu statistika gündən-günə artmaqdadır. İran, Pakistan, Böyük Britaniya, Almaniya və Hindistan kimi ölkələrdən daha çox müraciətlər daxil olur. Səfərlərin məqsədlərinə diqqət yetirsək əlbəttə ki, bunların arasında turizm məqsədi daşıyan səfərlər çoxluq təşkil edir. Sonrakı yerdə işgüzar və şəxsi səfərlər durur. “ASAN xidmət” əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana rahat gəlmələri istiqamətində mütəmadi olaraq müəyyən addımlar atır. Misal üçün, ilkin mərhələdə Azərbaycan, rus və ingilis dillərində portal fəaliyyət göstərirdisə, artıq gələn turistlərin tələbatına uyğun olaraq, fars və ərəb dillərində də yaradılıb. Bu ölkələrdən də səfər edən turistlər çox rahat şəkildə portala daxil olub öz dillərində zəruri məlumatları doldurduqdan sonra elektron viza əldə edə bilirlər.

Elektron viza üçün müraciət edənlərin sayının artması istiqamətində müəyyən addımlar atılır və yeni ölkələr əlavə edildikcə həmin ölkələrdən də turist kimi müraciət edən şəxslərin sayı çoxala bilər.

 

 

DİGƏR Xəbərlər Arxiv