YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müəllim ixtisası üzrə ali məktəbi bitirən məzunların 43 faizi daimi əmək müqaviləsi ilə işləyir

Bu ilin yay aylarında Təhsil İnstitutu Azərbaycanın ali təhsil müəssisələrinin reytinqini hazırlamağa cəhd göstərib. Lakin sonda bu reytinqi hazırlaya bilmədik. Çünki əlimizdə olan mövcud məlumatlarla ali məktəblərin reytinqini dünya təcrübəsinə uyğun hazırlamaq çətindir.

Bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirullayev “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə “Tvinning” layihəsinin yekun konfransında çıxışı zamanı deyib.

E.Əmrullayev bildirib ki, bu gün Azərbaycanda nəzərə alınan məlumatlar - qəbulda orta bal, hansı ixtisasa neçə balla qəbulun aparılması, tələbələrin qiyməti və bu kimi məsələlər digər ölkələrdə yoxdur. Azərbaycan universitetlərinin beynəlmiləlləşməsi və digər ali təhsil müəssisələri ilə müqayisəli təhlilini aparmaq üçün keyfiyyətin başqa amilləri haqqında düşünmək lazımdır.

Ali təhsil sahəsində mövcud digər mühüm məsələnin məzunların işlə təminatı olduğunu söyləyən E.Əmirullayev deyib: “Aparılan tədqiqatlar göstərib ki, bir neçə il öncə müəllim ixtisası üzrə ali məktəbi bitirən məzunların 43 faizi daimi əmək müqaviləsi ilə işləyir. Bu göstəricinin 60 faizə çatması çox vacibdir”.