YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsilin inkişafına birinci dərəcəli strateji xətt kimi əhəmiyyət verir

«Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın öz Vətəninə, xalqına və dövlətinə böyük məhəbbət və rəğbətdən qaynaqlanan fəaliyyəti dərin ictimai məzmun daşıyır. Bu fəaliyyət müxtəlif sahələri əhatə edir, həm ölkə həyatının bütün sahələrində mühüm inkişaf göstəricilərinin əldə olunmasında, həm də ölkə sərhədlərindən kənarda Vətənimizin ləyaqətlə təmsil edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir». Bu fikirləri yap.org.az saytına açıqlamasında  YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva deyib.

Nurlana Əliyeva bildirib ki,  Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan təhsilinin tərəqqisi xüsusi yer tutur. Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsilin inkişafına birinci dərəcəli strateji xətt kimi əhəmiyyət verir: «Yarandığı vaxtdan Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və bölgələrimizdə çoxlu sayda körpələr evinin, uşaq bağçasının, xüsusi təyinatlı uşaq müəssisələrinin yüksək səviyyədə təmir olunması, yenidən tikilməsi də Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyasının ifadəsidir. Heydər Əliyev Fondunun yüksək səviyyədə reallaşdırılan bir neçə layihə ilə təhsilə dəstək verməsi də Mehriban xanım Əliyevanın uşaqlara, gənc nəslə böyük qayğısının ifadəsidir. Qeyd edim ki, ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihələri həyata keçirilir ki, bu da cəmiyyətdə böyük rəğbət və məmnunluqla qarşılanır. Bildiyimiz kimi son 13 ildə ölkəmizdə 3 mindən artıq müasir standartlara cavab verən, yüksək maddi-texniki təhcizatla təmin edilmiş məktəblər tikilib istifadəyfə verilib. Eləcə də, əsaslı şəkildə təmir olunub. Bunların sırasında  “Yeniləşən Azərbaycana yeni məktəb” çərçivəsində  ərsəyə gələn, gənclərimizin təlim-tərbiyəsində bu günümüzün tələblərinə cavab  verən, yüksəksəviyyəli, kamil gənclər yetişdirən məkləblərin sayı yüzlərlədir.

Eləcə də, Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Fond bu layihə  vasitəsilə başqa ölkələrdə də xeyirxahlıq missiyası həyata keçirir. Belə ki,   “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu və önəmli layihələrdəndir. Məhz bütün bunların nəticəsində də Mehriban xanımın genişmiqyaslı və xoşməramlı fəaliyyəti bütün dünyada böyük rəğbətlə qarşılanır. İnsanlıq naminə, inkişaf naminə, gəncliyin sabahı naminə Fondun həyata keçirdiyi unikal layihələrin sayı onlarladır».

Rektor qeyd edib ki, Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu müasir  Azərbaycan gəncliyini güclü dövlət naminə səfərbər edən və cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilən, Heydər Əliyev dühasına layiq bir  məkandır. Onun sözlərinə görə, Fond gənclərimizin xarici ölkələrdə təhsil alması prosesinə də böyük dəstək verir: «Mehriban xanım Əliyeva mənim sevimli müəllimim Mircəlal Paşayevin nəvəsidir. Mircəlal Paşayev «Bir gəncin manifesti» əsərində Azərbaycanda hər cür himayədən məhrum, yurdsuz-yuvasız uşaqların taleyinə acıyaraq onların faciələrini bütün dünyaya yaymaq istəyirdi. Bu gün isə Mehriban xanım Əliyeva xoşbəxt Azərbaycan gəncliyinin manifestini yazır. Bu gün Azərbaycan məktəbləri Vətənimizin, xalqımızın milli-mənəvi dünyasının üstünlüklərini gəncliyimizə çatdıran, təlqin edən, övladlarımızın təlim-tərbiyəsi ilə məşğul olan, onlara vətənpərvərlik hissləri aşılayan müqəddəs məbəddir. Məktəblərimizdə təhsil alan gənclərimiz  Mehriban xanım Əliyevanın unikal fəaliyyətini görür və dəyər verir, öz mədənyyətini, tarixini və bunları yaradan insanların və hadisələrin qədrini bilir və özləri də bu hadisələrə və tariximizə töhfə vermək, dayaq olmaq istəyirlər. Onlar dünyanın ən reytinqli universtitetlərində təhsil almağı bacarırlar. Çünki bunun üçün şəxsi nümunə, istiqamət, yol göstərən, ənənə qoyan var. Bütün bunlar pedaqoji-tərbiyəvi əhəmiyyətə malik məsələlərdir ki,   bu məsələlər bütöv bir cəmiyyətin tərbiyəsində hərəkətverici qüvvəyə çevrilib. Bu hərəkətverici qüvvə gəncliyimizi yüksək vətənpərvərlik və ali duyğularla tərbiyə edir. Bu gün erməni aqressivliyinə və bütün düşmənlərə qarşı mübarizədə Azərbaycan gəncliyinin, Azərbaycan əsgərinin  söykəndiyi mənəvi dəyərlər vardır. Onlar ruhsuz, inamsız, əqidəsiz düşmən ordusunun əsgərlərindən fərqli olaraq Ana, Vətən, müqəddəs İslam nümunəsinə söykənərək Mehriban Əliyevanın Vətən naminə genişmiqyaslı fəaliyyətinə böyük inam bəsləyirlər və bu fəaliyyətdən ilham alırlar. Bu amil bütün gəncliyimizə, əsgərlərimizə, analarımıza lazım gələrsə vətən uğrunda şəhidlik əqidəsi aşılayır ki, buna qarşı dünyada heç bir silah yoxdur. Bu, vətənpərvərlik, Vətənimizə xidmət əqidəsidir! Bu, məktəblərimizin gəncliyə aşıladığı yüksək bilik, mədəniyyət və milli-mənəvi dəyərlərimizə məhəbbətdən yaranır».

Bir müddət öncə Bakı Slavyan Universitetinin nümayandə heyətinin Bolqarıstana səfər etdiyni xatırladan rektor bildirib ki, səfər zamanı bu ölkənin Sofiya Dövlət Universitetində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin mədəniyyət və tədris mərkəzi ziyarət edilib: «Biz səfər çərçivəsində Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzey-Qoruğunda olduq. Bu məkan Bolqarıstanın qədim tarixinin güzgüsünə çevrilib. Bu muzey ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə yaradılıb. Bu addım dünya mədəniyyətinə göstərilən xidmətdir. Bu yüksək mənəvi addımı bizim ölkəmizin birinci xanımı nümayiş etdirib. Bu, ləyaqət, bu yüksək mənəviyyat, əsl multikulturalizmin göstəricisidir. Bolqarıstanın vitse-prezidenti İliyona Yotova nümayəndə heyətimizlə görüşündə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu xeyirxah addımını, onun eləcə də, Vatikanda, Fransada və digər Avropa dövlətlərində reallaşdırdığı layihələri mültikurturalizmin yüksək nümunəsi adlandırıb. Təbii ki, bu fəaliyyət bizim gənclərimizə də  vacib məsələləri təlqin edir.  Yəni, Mehriban Əliyevanın bu yöndəki genişmiqyaslı fəaliyyətini  Azərbaycan gənclərinə təlqin etdiyi tərbiyənin şəxsi nümunəsi hesab etmək olar».

Nurlana Əliyevanın fikrincə, məhz Azərbaycanda uğurlu təhsil siyasətinin nəticəsidir ki, bu gün gənclərimiz öz bilik və bacarıqları ilə beynəlxalq miqyasda da ölkəmizi layiqincə təmsil edirlər. Şübhəsiz ki, bu baxımdan nailiyyətlərimiz getdikcə daha böyük vüsət alacaq. «Bu gün Heydər Əliyev dühası Onun ailəsinin üzvlərinin geniş ictimai-siyasi fəaliyyətində də özünü yüksək səviyyədə büruzə verir. Yəni tərbiyə və şəxsi nümunə hər cür təbliğatdan, təşviqatdan çox yüksəkdə dayanan amillərdir. Bu baxımdan, Mehriban Əliyevanın fəaliyyəti bu gün həm Azərbaycan gəncliyi, həm də bütün Azərbaycan cəmiyyəti üçün bir örnəkdir. Bu örnək Azərbaycan tərbiyəsini, mentalitetini, Azərbaycan məktəbini gündən-günə ucaldan, ərsəyə gətirən, öz şəxsi nümunəsi ilə bütün bunlara örnək və dəstək olan böyük bir idealdır»- deyə, Nurlana Əliyeva vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv