YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Regionların inkişafı dövlət başçısının siyasətində əsas hədəflərdən biridir

«Prezident İlham Əliyev ölkəmizin  regionlarının sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayır». Bu fikri yap.org.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, regionların inkişafı dövlət başçısının siyasətində əsas hədəflərdən biridir. Onun sözlərinə görə, ölkə başçısı tərəfindən  həyata keçirilən siyasətin əsas məqsədi paytaxtımızla yanaşı bütün bölgələrimizin də hərtərəfli inkişafının təmin edilməsidir.

«Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir. yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, kəndlərimiz qazlaşdırılır. Eləcə də, yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşaiyət olunur. Hazırda bu proses davam etməkdədir. Həyata keçirilən siyasət nəticəsində qeyri-neft sektoru əhəmiyyətli dərəcədə inkişaf etməkdədir. Bu baxımdan bölgərdə kənd təsərrüfatı, o cümlədən turizm sektorunda da xeyli irəliləyiş var. Şübhəsiz ki, qarşıdakı illərdə qeyri-neft sektoru daha da güclənəcək və Azərbaycan böyük ixrac potensialına malik olan ölkəyə çevriləcək»- deyə, deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv