YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Levan İzoria: Gürcüstana qardaşlıq köməyi göstərdiyinə görə Azərbaycana minnətdarıq

Gürcüstanın müdafiə naziri Levan İzoria ölkə ərazisində davam edən yanğınların söndürülməsində göstərdiyi köməyə görə Gürcüstan hökuməti və xalqı adından Azərbaycana təşəkkür edib.

Nazir yanğınların monitorinqini məhz Azərbaycanın göndərdiyi helikopterlə həyata keçirdiklərini bildirib. “Bizə qardaşlıq köməyi göstərdiyinə görə Azərbaycana minnətdarıq. Yüksək əməkdaşlıq nəticəsində yanğın ocaqlarını birgə müəyyən etməyə nail olduq”, - deyə Levan İzoria bildirib.

Yanğın ocaqları minimallaşdırılsa da, küləyin alovun qarşısının tam alınmasına mane olduğunu qeyd edən nazir deyib: “Azərbaycan və digər ölkələrin köməyi ilə yanğın ərazisinə yaxın yaşayan əhalinin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik”.

DİGƏR Xəbərlər Arxiv