YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: Azərbaycanda sahibkarlığın inkişafı dövlət rəhbərliyinin fəaliyyətinin prioritet istiqamətlərindəndir

«Ölkəmizdə sahibkarlığın inkişafı dövlət rəhbərliyinin fəaliyyətinin prioritet istiqamətlərindəndir». Bu fikri İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildirib ki, məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycanın müxtəlif iqtisadi rayonlarında sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə ayrılan güzəştli kreditin həcmi ildən-ilə artır.
Bu sahədə gənclərə daha çox üstünlük verildiyini diqqətə çatdıran Ş.Abdullayev deyib ki, dövlət tərəfindən verilən kreditlər hesabına yeni iş yerləri açılır, gənclər işlə təmin olunurlar.

«Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsində yüksək ixtisaslı kadrların imkanlarından geniş istifadə olunmalıdır. Xarici ölkələrdə təhsil almaq üçün gedən gənclərin digər sahələrlə yanaşı, bu sahə üzrə ixtisaslara da üstünlük vermələri məqsədəuyğundur»- deyə, Ş.Abdullayev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv