YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondundan uşaqlara daha bir hədiyyə

Paytaxtın Yasamal rayonunun məktəbəqədər müəssisələrində mövcud sıxlığın aradan qaldırılması kimi aktual bir problemin həlli istiqamətində tədbirlər davam etdirlir.

Rayon icra hakimiyyətindən bildiriblər ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə A. M. Şərifzadə küçəsindəki 146 A, 148, 150, 154 və 156 nömrəli binaların yaxınlığında körpələr evi-uşaq bağçasının tikintisinə başlanılıb.

Bundan əlavə, rayon icra hakimiyyəti tərəfindən 2 nümunəvi məhəllə yaradılaraq sakinlərin istifadəsinə verilib. Burada onların istirahəti üçün lazımi şərait yaradılıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.