YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafiq Məmmədhəsənov: «Turizm haqqında» yeni qanun bu sahənin inkişafına böyük təkan verəcək

«Azərbaycanın turizm potensialı çox yüksəkdir». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov deyib.

R.Məmmədhənəsov bildirib ki, «Turizm haqqında» yeni qanun bu sahənin inkişafına böyük təkan verəcək. Onun sözlərinə görə, son illər dövlətimiz turizmin inkişafına xüsusi diqqət yetirir.

«Bakı şəhəri ilə yanaşı bölgələrimizdə də yüksək standartlara cavab verən turizm infrastrukturu qurulur. Bütün bunların nəticəsidir ki, Azərbaycana gələn əcnəbi turistlərin sayı artır. Dünyada elə ölkələr var ki, turizmin hesabına yaşayırlar. Yəni onlar turizmdən çox yüksək gəlir götürürlər. Çünki ölkəyə gələn turist özü ilə kapital gətirir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda bu sahənin potensialı çox yüksəkdir. Sahibkarlar bu işdə fəal olmalıdır. Çünki dövlətimiz iş adamları üçün bütün imkanları yaradıb»- deyə, R.Məmmədhəsənov vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv