YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabiq Prezident: Bolqarıstanla Azərbaycan arasında çox sıx iqtisadi əlaqələr var

“Mən prezident olduğum dövrdə Azərbaycanla daha sıx əlaqələrin qurulmasına çalışmışam”.

Bu sözləri jurnalistlərə açıqlamasında Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliev deyib.

R.Plevneliev Bolqarıstan Prezidenti qismində "Cənub Qaz Dəhlizi" layihəsinin açılışında iştirak etdiyini bildirib:

"Mənim prezidentliyim dövründə Azərbaycandan ildə bir milyard kubmetr qazın alınması barədə saziş imzalandı. Mən bu əlaqələrin daha da inkişaf etməsində səy göstərən dövlət başçısı olmaqdan şərəf duyuram. Bolqarıstanla Azərbaycan arasında çox sıx dostluq və iqtisadi əlaqələr mövcuddur".