Xəbərlər
Rosen Plevneliev: Gənc liderlər sülhməramlı olmalı, müharibəyə qarşı çıxış etməlidirlər

Bakıda Qlobal Gənc Liderlər Forumunun açılış sessiyasında çıxış edən Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev planetin gələcəyinin gənc liderlərlə birlikdə qurulacağını söyləyib: "Biz gənclərlə birlikdə planetin gələcəyini daha gözəl edə bilərik. Gənc liderlər sülhməramlı olmalı, müharibəyə qarşı çıxış etməli, dünyanı düzgün istiqamətləndirməlidirlər".