YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Tütünçülüyün inkişafı üçün bölgələrimizdə geniş potensial mövcuddur

«Prezident İlham Əliyevin sərəcamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı böyük əhəmiyyət daşıyır». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

A.Badamov bildirib ki, ölkəmizdə müxtəlif sahələrin inkişafı ilə bağlı dövlət proqramları icra olunur. Onun sözlərinə görə, proqramlar vasitəsilə tədbirlərin həyata keçirilməsi effektiv nəticələr verir.

«Bu baxımdan, tütünçülüyün inkişafı ilə bağlı dövlət proqramının qəbul olunması vacib hadisədir. Məlumdur ki, yeni iqtisadi şəraitdə əsas hədəflərdən biri qeyri-neft sektorunun inkişafıdır. Burada xüsusilə yerli tələbəatın daxili imkanlar hesabına ödənilməsi və ixrac potensiallı məhsulların istehsalının inkişafı əsas vəzifələr sırasındadır. Dövlət proqramında qeyd olunduğu kimi qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və ixrac potensialının olması aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradır. Bu baxımdan, tütünçülüyün inkişafı üçün bölgələrimizdə geniş potensial mövcuddur. Eyni zamanda, bu məhsulun ixrac potensialı böyükdür. Şübhəsiz ki, dövlət proqramının uğurlu icrası nəticəsində bu sahədə qarşıya qoyulmuş hədəflərə nail olunacaq»- deyə, A.Badamov qeyd edib.