YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadəni 65 illik yubileyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “Azərbaycan xalqının milli-mədəni zənginliklərinin, mənəvi-əxlaqi sərvətlərinin qorunub saxlanması və ənənəvi dini dəyərlərə sadiqliyinin təmin olunması istiqamətində Siz uzun illərdən bəri uğurla fəaliyyət göstərirsiniz. Sizin iştirakınızla müstəqillik illərində müqəddəs kitabımız Quranın tərcüməsinin nəşrə hazırlanması xalqımızın dini maariflənməsinə misilsiz ərməğandır. Ölkəmizdə gənc nəslin islam adət-ənənələri ruhunda formalaşması işində gərgin əməyiniz təqdirə layiqdir.

Siz islam dünyasında dinə dair sanballı araşdırmalarınızla ilahiyyatçı alim kimi yüksək nüfuza maliksiniz. Beynəlxalq konfranslardakı çıxışlarınız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və islam dünyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlmişdir.

Xalqımızın həyatının çətin və mürəkkəb anlarında baş vermiş taleyüklü hadisələrlə bağlı nümayiş etdirdiyiniz əsl vətəndaş münasibəti Sizə böyük hörmət qazandırmışdır. Qanlı Yanvar hadisələri zamanı tutduğunuz mövqe şəxsiyyətinizin bütövlüyünü təzahür etdirir.

Müxtəlif dinlərin nümayəndələri ilə qarşılıqlı səmərəli əlaqələr qurmaqla Siz dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına bu gün də töhfələr verirsiniz. Ölkəmizin dünyada tolerantlığın unikal məkanı olaraq şöhrət tapması və dinlərarası əməkdaşlığın yeni modelinin bərqərar olması üçün səylərinizi əsirgəmirsiniz.

Ümidvaram ki, bundan sonra da Azərbaycan xalqına layiqincə xidmət göstərəcəksiniz.”

 

 

DİGƏR Xəbərlər Arxiv