YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşını təltif edib

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 11 nəfər “Vətən uğrunda”, 4 nəfər “İgidliyə görə”, 24 nəfər “Hərbi xidmətlərə görə”, bir nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.

Bundan başqa, bir nəfərə “Əməkdar müəllim”, iki nəfərə “Əməkdar həkim”, bir nəfərə “Əməkdar dövlət qulluqçusu”, bir nəfərə “Əməkdar jurnalist”, bir nəfərə “Əməkdar tibb işçisi” fəxri adları verilib.