YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tanzaniyanın sabiq Prezidenti: Azərbaycan skautları ölkələrində keçirilən möhtəşəm tədbirlərlə fəxr edə bilərlər

Mən və oğlanlarım skaut hərəkatının fəal üzvləriyik. Tanzaniyanın Prezidenti olarkən həm də Milli Skaut Assosiasiyasına rəhbərlik edirdim. Biz çalışırdıq ki, skaut hərəkatı inkişaf etsin, buna görə də onun fəaliyyətinə hər cür dəstək verirdik. Hərəkatın sıraları da yeni üzvlərlə genişlənirdi.

Bu sözləri Tanzaniyanın sabiq Prezidenti, Bakıda keçirilən Dünya Skaut Konfransının iştirakçısı Cakayya Kikvete deyib.

“Mən skaut hərəkatını çox önəmli hesab edirəm. Bu hərəkat gənclərdə vətənpərvərlik hissini artırmaqla, onların cəmiyyət qarşısında borcunu izah edir, cəmiyyət üçün lazımlı işlər görməyi təlqin edir. Skaut hərəkatı gəncləri yaxşı vətəndaş və məsuliyyətli lider yetişdirmək yolunda təlimləndirən mühüm bir təşkilatdır”, - deyə sabiq Prezident qeyd edib.

Azərbaycanda ilk dəfə olduğunu bildirən qonaq deyib ki, Bakı çox gözəl şəhərdir. Paytaxtınızın çox gözəl təşkil olunmuş planlaşdırması var: “Rənglərdən tutmuş binaların dizaynına qədər hər bir şey bir-birini tamamlayır. Şəhərin yaşıllığı ona əlavə rəng qatır. Mən Azərbaycanın paytaxtının gözəlliyi barədə sonsuza qədər danışa bilərəm. Baxmayaraq ki, mən burada birinci dəfəyəm. Amma qəti qərara almışam ki, tezliklə daha uzun müddətə burada qalmaq üçün geri qayıdım. Azərbaycan skautları ölkələrində keçirilən möhtəşəm tədbirlərlə fəxr edə bilərlər”.

Sabiq Prezident inandığını bildirib ki, bu tədbirlər bitəndən sonra Azərbaycan skautlarının cərgəsi nəzərəçarpacaq dərəcədə genişlənəcək.

DİGƏR Xəbərlər Arxiv