YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Qaradağ rayon təşkilatının Gənclər Birliyində “Beynəlxalq gənclər günü” qeyd edildi

11 avqust 2017-ci il tarixdə Sahil qəsəbəsində yerləşən Gənclər Evində “12 avqust - Beynəlxalq gənclər günü”nə həsr olunmuş  “Azərbaycan gəncliyi beynəlxalq miqyasda” dəıyirmi masa keçirildi.

            Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq onların rolunu qeyd etdi. Dovlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı.

Qeyd olundu ki, 1998-ci ilin 08-12 avqust tarixlərində Lissabonda gənclər sahələri üzrə nazirlərin görüşü olmuş və həmin dövlət məmurları tərəfindən qarşılıqlı beynəlxalq əməkdaşlıq sahəsində bir sıra razılaşmalar əldə edilmiş, görüşün yekun iclasın keşirildiyi gün, yəni 12 avqust “Beynəlxalq gənclər günü” kimi dünya gənclərinin həyatına daxil olmuşdur.

Gənclər adından çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusubov, fəal gənc Könül Əhmədova, Cavanşir Eyvazov, Vüsal Yusifov onlara verilən dəstəyə, göstərilən etimada və ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə olkə Başçısı İlham Əliyevə minnərdar olduqlarını söylədilər. Rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva rayon gənclərini “Beynəlxalq gəncləri günü” münasibətilə təbrik edərək onları ictimai-siyasi həyatda daha fəal iştirak etməyə səslədi. Çıxışlarda həmçinin uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılmış gözəl şəraitdən, o cümlədən Qaradağ rayonunda gənclərin istifadəsinə verilmiş Qaradağ Gənclər Evindən danışıldı və gənclər adından rayon rəhbərliyinə təşəkkür edildi.

Tədbirin sonunda Beynəlxalq Gənclər Günü münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənc diplomlar və hədiyyələrlə mükafatlandırıldılar.