YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan artıq dünyada idman dövləti kimi tanınır

Avqustun 1-də Dənizkənarı Milli Parkda “Beynəlxalq Ordu Oyunları–2017” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.

açılış mərasimində şəhər sakinləri, hərbçilər və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri iştirak ediblər.

“Bu gün Azərbaycan yeni bir yarışa - möhtəşəm idman birinciliklərindən seçilməyən Beynəlxalq Ordu Oyunlarının tərkib hissəsi olan “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarına ev sahibliyi edir. Bu yarışların Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan artıq dünyada idman dövləti kimi tanınır. Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi möhtəşəm yarışların, dünya hərbçilərinin güləş, boks, futbol üzrə çempionatlarının ölkəmizdə keçirilməsi bunu bir daha təsdiqləyir və bu missiya bu gün də uğurla davam etdirilir. Bütün bunlar Azərbaycanın dünyada getdikcə artan nüfuzunun, siyasi, iqtisadi, mədəni, idman, eləcə də ordu quruculuğu sahəsində qazandığı müvəffəqiyyətlərin nəticəsində mümkün olub.” Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Dəniz Kuboku-2017” yarışlarının iştirakçılarına ünvanladığı təbrik məktubunda qeyd edilir. 

DİGƏR xəbərlər Arxiv