YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Jara” festivalı Rusiya ilə Azərbaycan arasında mədəni körpüdür

“Jara” festivalı Rusiya ilə Azərbaycan arasında mədəni körpüdür. Bu, iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından çox vacibdir.

Bu sözləri “Jara-2017” festivalının iştirakçısı, Rusiyanın musiqi prodüseri İosif Priqojin deyib.

“Xəzərin sahilində anadan olduğum üçün bura mənə həmişə doğmadır. Mən Dağıstanda anadan olmuşam, Bakıda isə qohumlarım və dostlarım çoxdur. Biz hər zaman sülh, əmin-amanlıq şəraitində yaşamışıq. İnsanlar müxtəlif millətlərlə qohum olur, dostlaşırdılar. Məhz buna görə heç bir xalqın bir-biri ilə düşmənçilik etməsini istəmirəm. Mən musiqinin, mədəniyyətin, incəsənətin qələbə qazanmağının tərəfdarıyam. Musiqi insanları birləşdirir. Ona görə də qoy, mədəniyyət körpüsü qələbə qazansın”, - deyə İosif Priqojin bildirib.

DİGƏR Xəbərlər Arxiv