YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hərbçiləri “Səhra mətbəxi” müsabiqəsində iştirak üçün Moskvaya səfər ediblər

Azərbaycanın hərbi aşpazları “Beynəlxalq Ordu Oyunları-2017” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak üçün Moskvaya səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yaxın günlərdə Azərbaycan, Belarus, Serbiya, Monqolustan, İsrail və Rusiya komandalarının heyətləri təlimat keçəcək, təhlükəsizlik tədbirləri və texniki vasitələrin istismarını öyrənəcək, qida məhsulları ilə işləmək üçün icazə verilməsi məqsədilə tibbi müayinə olunacaqlar.

İyulun 29-da hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə məharətlərini nümayiş etdirəcəklər.