YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Ölkədə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri məhz gənclərlə iş və idman siyasətidir

«Gənclər və İdman Nazirliyi yarandığı 23 il ərzində xeyli işlər görüb. 23 il bundan əvvəl 26 iyul tarixində Ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq gənclər siyasətini tənzimləyən dövlət idarəetmə qurumu yaradıldı». Bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, nazirlik yaranarkən qarşıya böyük vəzifələr qoyulmuşdu. Onun sözlərinə görə, bu vəzifələr gənc dövlətin gənc nəslinin təlim-tərbiyəsi ilə məşğul olmaq, vətənpərvər gənclik formalaşdırmaq, onların ölkəmizin ictimai-siyasi həyatında, beynəlxalq münasibətlər sistemində iştirakına şərait yaratmaq idi.

«Ötən 23 il ərzində sözügedən vəzifələrin yerinə yetirilməsi istiqamətində minlərlə layihələr, tədbirlər həyata keçirilib və bu gün Azərbaycan gəncliyi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə yüksək səviyyədə təmsil olunurlar, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar. Nazirliyin yaradılması bariz nümunədir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri məhz gənclərlə iş və idman siyasətidir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə bu ənənə davam edir. Qarşımızda yeni vəzifələr dayanır.Ölkəmizdə Gənclərin İnkişaf Strateriyası, Dövlət proqramları qəbul edilir. Gənclərimizin müxtəlif sahələrdə öz potensiallarını nümayiş etdirmələri üçün maksimum şərait yaradılıb»- deyə, nazir müavini vurğulayıb.