YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı vacib tədbirlər həyata keçirilir

«Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı vacib tədbirlər həyata keçirilir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Azərbaycan hökuməti uşaqlar üçün bütün sahələrdə geniş imkanlar yaradıb. Onun sözlərinə görə, bu sahədə qanunvericilik bazası da mükəmməldir.

«Uşaqlar hüquqlarını qorunması sosial siyasətin tərkib hissəsidir. Son illərin uşaqların sağlamlığı, yüksək təhsil alması və bütövlükdə layiqli vətəndaş kimi yetişməsi üçün dövlətimiz tərəfindən lazımi addımlar atılır. Bu istiqamətdə görülən işlər öz bəhrəsini verməkdədir»- deyə, komitə sədri qeyd edib.