YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə edib

Ermənistan silahlı qüvvələri Tərtər rayonu ərazisində qoşunların təmas xəttində növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitələr və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.

Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.

Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür.