YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Elm sahələri arasında qarşılıqlı əlaqələrin sintezi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur

«Azərbaycan Milli Elmlər Akademiyasında elm sahələri arasında qarşılıqlı əlaqələrin sintezi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur». Bu fikri AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, bu çərçivədə AMEA-nın humanitar və ictimai elmlər bölmələrini əhatə edən ənənəvi “Fizika və lirika” mövzusunda konfranslar keçirilib. Onu sözlərinə görə, üçüncü dəfə təşkil edilən konfransda şərti olaraq fizika təbiət elmlərini və dəqiq elmləri, lirika isə bədii yaradıcılığın bütün sahələrini özündə cəmləşdirir.

«Təbiət elmlərinin ədəbiyyat və bədii yaradıcılıqla, elmi idrakla bədii təfəkkürün qarşılıqlı əlaqəsinin və sintezinin fərqli hansı ədəbiyyatı, sənəti meydana çıxaracağını göstərmək istəyirik. Fundamental elmi tədqiqatlar aparan alimlərimizin bədii yaradıcılığında, təsviri sənət nümunələrində vəsflə yanaşı, dərk etməyə, mahiyyəti açmağa meyil özünü daha çox göstərir. Akademiya mühitində yaranan elm və bədii təfəkkür yeni tipli bədii sənət ortaya qoyur. Yeni tipli bu bədii sənət bütövlükdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına və zənginləşməsinə xidmət edir»- deyə, komitə sədri vurğulayıb.