YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Rusiya ilə Azərbaycan arasında bir çox sahələrdə yüksələn xətlə inkişaf edən əlaqələr mövcuddur

«Rusiya ilə Azərbaycan arasında bir çox sahələrdə yüksələn xətlə inkişaf edən əlaqələr mövcuddur. Rusiya, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaxından iştirak edir. Məhz ikitərəfli və digər məsələlərin müzakirəsi, regionda mövcud olan mürəkkəb problemlərin həlli yollarının axtarılması baxımından Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşü böyük əhəmiyyətə malikdir.

Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, dövlət başçılarının görüşləri çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərinin inkişafını istəməyən, bu əlaqələrə kölgə salmaq niyyətində olan bəzi qüvvələr də var.

«Ancaq Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü sübut etdi ki, həmin qüvvələrin niyyətləri puç və mənasızdır. Azərbaycan Prezidenti İstanbulda qardaş Türkiyənin Prezidenti, ABŞ-ın dövlət katibi, bundan sonra isə Rusiya Prezidenti ilə görüşdü. Bu görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə olundu. Bu görüşlər deməyə əsas verir ki, münaqişənin həlli ilə bağlı yaxın zamanlarda irəliləyişlərə nail olunacaq»- deyə, R.Musabəyov qeyd edib.