YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Yüksək Texnologiyalar Parkında reallaşan birgə layihələrin uğurlu nəticəsini görəcəyik

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında reallaşan birgə layihələrin uğurlu nəticəsini görəcəyik.

Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Yüksək Texnologiyalar Parkında keçirilən görüşün əsas məqsədinin elmlə təhsilin daha dərindən inteqrasiyasına zəmin yaratmaq olduğunu bildirən M.Cabbarov deyib: “Belə layihələrin nümunəsində ölkəmizdə ali təhsil sistemində və biznes inkubatorlarda fəaliyyət göstərən tədqiqatçıları, tələbələri, startapları ərsəyə gətirən tələbə və müəllimləri parkda yaradılan şəraitlə tanış etmək imkanı qazanırıq. Digər tərəfdən, onların bu prosesə daha fəal cəlb edilməsi üçün tədbirlərin həyata keçirilməsi aktualdır. Parkda müvafiq istiqamətdə çox mühüm işlər görülüb”.

 

DİGƏR Xəbərlər Arxiv