YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycan xalqının milli, mədəni, ailə dəyərlərinin formalaşmasında İslam dininin rolu böyükdür

İyulun 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği” mövzusunda konfrans keçirilib.

Konfransda ailə institutunun təbliği, bu institutun formalaşması və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu, İslamda ailəyə və qadına münasibət kimi mövzular müzakirə olunub.

“Artıq bir neçə ildir, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi birgə əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirir”, - deyən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan xalqının milli, mədəni, ailə dəyərlərinin formalaşmasında İslam dininin rolu böyükdür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Komitə tərəfindən 2008-ci ildən Ailə Bayramı qeyd olunur. Respublikanın şəhər və rayonlarında ailə dəyərlərinin qorunub saxlanılması, gənc nəslin tərbiyəsi, sağlam həyat tərzi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.

Ailənin cəmiyyətin təməli olduğunu deyən Milli Məclisin deputatı Hadı Rəcəbli bildirib ki, qanunvericilikdə baş vermiş dəyişikliklər nəticəsində ölkədə erkən nikahların qarşısı qismən alınıb.

Konfrans çıxışlar və məruzələrlə davam etdirilib.