YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda beynəlxalq səhiyyə sərgisi keçiriləcək

Sentyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE” sərgisi keçiriləcək.

Bu il “BIHE” sərgisi öz möhtəşəm yubileyini - uğurlu fəaliyyətinin 20 illiyini qeyd edir. Regionda səhiyyə və tibb sahəsində yeganə ixtisaslaşdırılmış tədbir olan “BIHE” sərgisi bu illər ərzində tibb sənayesinin mütəxəssisləri, həkimlər, klinika rəhbərləri, tibbi təyinatlı məmulat və avadanlıqların istehsalçıları, eləcə də dövlət təşkilatlarının nümayəndələri üçün mühüm görüş yerinə çevrilib.

Fəaliyyət göstərdiyi 20 il ərzində sərgidə dünyanın 45 ölkəsindən 2 mindən çox şirkət iştirak etmişdir və sərgidə iştirakın nəticəsi olaraq, şirkətlər arasında müqavilələr imzalanıb, birgə müəssisələr yaradılıb və bazara müasir texnologiya və yeni məhsullar daxil olub.
“BIHE” sərgisinin Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə dəstəyi ilə keçiriləcək.
“BIHE 2014” sərgisində Azərbaycan, ABŞ, Almaniya, Belarusiya, Böyük Britaniya, İtaliya, İsveçrə, Rusiya, Ukrayna, Türkiyə, Çin və s. ölkələrdən şirkətlər iştirak edəcək.

Ənənəvi olaraq, “BIHE” sərgisində tibbi məhsul və xidmətlərin geniş çeşidi - tibbi və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, birdəfəlik istifadə materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnoloji müalicə və diaqnostika metodları, tibbi texnika və s. nümayiş etdiriləcəkdir.

Sərgi “Tibbi Turizm” sektorunu fəal surətdə inkişaf etdirir və artıq ardıcıl olaraq ikinci ildir ki, beynəlxalq klinikalar Ümumdünya Tibbi Turizm Assosiasiyası və Türkiyə Tibbi Turizm Assosiasiyasının dəstəyi ilə bu sektorda iştirak edirlər.

Sərgi çərçivəsində sağlamlaşdırıcı istirahət sənayesinin mütəxəssisləri məhsuldar əlaqələr quraraq aparıcı klinikalarla əməkdaşlıq münasibətləri yarada biləcəklər.
 

 

DİGƏR Xəbərlər Arxiv