YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır

«Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır». Bu fikri iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, hazırda Azərbaycan-Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır. Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır.

«Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində əməkdaşlığımızın gözəl nümunələrindəndir. Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı bu layihənin icrasına dəstək göstərirlər. Ölkəmizin tranzit imkanları da genişdir. Azərbaycan  Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində fəal iştirak edir»- deyə, nazir vurğulayıb.