YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Qüds və beynəlxalq ictimaiyyət: siyasi və iqtisadi dəstəyin göstərilməsi adlı konfrans işə başlayıb

İyulun 20-də Bakıda Qüds məsələsi ilə bağlı beynəlxalq konfrans işə başlayıb.

"Qüds və beynəlxalq ictimaiyyət: siyasi və iqtisadi dəstəyin göstərilməsi" adlı konfrans Birləşmiş Millətlər Təşkilatı (BMT), Xarici İşlər Nazirliyi (XİN), və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən keçirilir.

Tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Şahin Abdullayev, BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença, BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitənin nümayəndəsi Rafael Dario Ramirez Karenyo, İƏT baş katibinin köməkçisi Samir Bəkr və Fələstin dövlətinin BMT-də nümayəndəsi Riyad Mənsur çıxış ediblər.

Yaxın Şərqdə sabitliyin bərqərar olmasının vacibliyini bildirən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Şahin Abdullayev qeyd edib ki, Yaxın Şərqdə sülhün bərpa olunması üçün Şərqi Qüds məsələsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır.

Konfransda çıxış edən BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença BMT münaqişənin həlli üçün səylərini davam etdirəcəyini bildirib. Qeyd edib ki, yalnız birgə fəaliyyət göstərərək, mövcud münaqişənin həlli üçün irəliyə doğru addım atmaq olar.