YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirinin müavini Əli Əhmədov BMT-nin mənzil-qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda iştirak edir

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 17-19-da BMT-nin mənzil-qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə dair ilk könüllü milli icmalının təqdim edilməsi məqsədilə Nyu-Yorkda səfərdədir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Baş nazirin müavini Əli Əhmədov BMT-nin İnkişaf Proqramının rəhbəri Akim Steyner ilə görüşüb.

Görüşdə Baş nazirin müavini son illər Azərbaycanın sürətli inkişafa nail olduğunu və bunun nəticəsində ölkədə yoxsulluq həddinin 49 faizdən 5 faizə qədər azaldığını diqqətə çatdırıb. Əli Əhmədov BMT-nin İnkişaf Proqramının Azərbaycanda həyata keçirdiyi uğurlu layihələrin müsbət nəticələr verdiyini, eyni zamanda, İnkişaf Proqramının bir sıra sahələrdə bacarıqların artırılması, texniki dəstək və regional inkişaf proqramlarına töhfə verdiyini diqqətə çatdırıb. BMT-nin İnkişaf Proqramının Azərbaycan ilə əlaqələrinin vacibliyini vurğulayan Əli Əhmədov təşkilatın növbəti illərdə də ölkəmizdə həyata keçirilən müxtəlif inkişaf proqramlarına töhfə verəcəyinə əminliyini qeyd edib.

Azərbaycanın inkişaf göstəricilərinə görə son illərdə böyük uğurlara imza atdığını qeyd edən BMT-nin İnkişaf Proqramının rəhbəri Akim Steyner təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb. O, Azərbaycanın Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasında qazandığı təcrübənin Dayanıqlı İnkişaf Məqsədlərinin də həyata keçirilməsinə töhfə verəcəyini qeyd edib.

DİGƏR Xəbərlər Arxiv