YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın mərkəzi qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümü münasibətilə görüş keçirilib

İyulun 19-da  Yeni Azərbaycan Partiyasının  mərkəzi qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümü münasibətilə görüş keçirilib. Tədbirdə çıxış edən  YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ötən dövr ərzində milli mətbuatımız tarixi yol keçib. M.Qurbanlı qeyd edib ki, 22 İyul Milli Mətbuat Günü münasibətilə hazırda respublikamızda müxtəlif tədbirlər keçirilir.

YAP İcra katibinin müavini deyib ki, “Əkinçi”dən başlayaraq milli mətbuatımız xalqımızın maariflənməsində böyük rol oynayıb. Onun sözlərinə görə, Azərbaycan mətbuatı həm Xalq Cümhuriyyəti, həm də sovet dövründə milli maraqlarımıza xidmət edib: “Bu dövrlərdə mətbuatımız milli düşüncənin formalaşmasında və inkişafında müstəsna rol oynayıb. Eyni zamanda, mətbuatımız böyük şəxsiyyətlər yetişdirib”.”
M.Qurbanlı vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev mətbuata çox böyük diqqət və qayğı göstərib. Ulu öndərin bu qayğısı yalnız müstəqillik illərini deyil, eyni zamanda, sovet dövrünü də əhatə edir: “Müstəqillik illərində də Ulu öndər Heydər Əliyev mətbuatımızın inkişafı üçün ciddi addımlar atıb, bu istiqamətdə bir sıra qərarlar verib. Bu qayğının nəticəsidir ki, Ulu öndər Azərbaycan mətbuatının dostu kimi jurnalistlər tərəfindən yüksək ada layiq görülüb”.
“Bu gün də Prezident İlham Əliyev mətbuata diqqət və qayğını ön planda saxlayır. Azərbaycan mətbuatına dövlət qayğısı ilə bağlı konsepsiya var. Mütəmadi olaraq jurnalistlər təltif olunur, onların sosail problemləri həll edilir, bina tikilir. Artıq jurnalistlər üçün 255 mənzildən ibarət  yeni bina da istifadəyə veriləcək. Bu dövlət başçısının mətbuatımıza və bu sahədə çalışanlara yüksək diqqətinin ifadəsidir””- deyən, Mübariz Qurbanlı bildirib ki, mətbuatın cəmiyyətdə rolu getdikcə artır.

YAP İcra katibinin müavini deyib ki, ölkəmizdə mətbuat azaddır və söz azadlığı tam təmin olunub. Onun sözlərinə görə, mətbuat cəmiyyətdə ictimai nəzarət funksiyasını həyata keçirir. M.Qurbanlı, həmçinin, Yeni Azərbaycan Partiyasının da kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Onun sözlərinə görə, partiya mətbuatla əlaqələrin inkişafına böyük əhəmiyyət verir: “YAP olaraq mətbuatla sıx əlaqələr qururuq. Siyasi partiyalar mətbuatla bilavasitə işləyir. Çünki onlar öz fəaliyyətlərini mətbuat vasitəsilə cəmiyyətə təqdim edirlər”.
YAP İcra katibinin müavini qeyd edib ki, bu gün ölkə mətbuatı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti, Azərbaycanın inkişafını, reallaşdırılan islahatları geniş şəkildə işıqlandırır və təbliğ edir. M.Qurbanlı KİV nümayəndələrinə bu məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda tədbirdə iştirak edən jurnalistlərə mükafatlar təqdim olunub.