YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasına rəsmi səfəri iyulun 18-də başa çatıb.

Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Latviyanın rəsmi şəxsləri yola saldılar.